AZ

Bir sıra ərazilərdə kanalizasiya problemi həll edilir VİDEO

Bakı, 13 yanvar, AZƏRTAC

Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sular üçün sutəmizləyici qurğuların tikintisi layihələri davam etdirilir. Ümumilikdə 12 yeni kollektorun tikintisi nəzərdə tutulub ki, Dərnəgül, Bakıxanov, Qaraçuxur, Hövsan kanalizasiya xətləri üzrə, həmçinin Pirşağı, Lökbatan, Müşfiqabad və Böyükşor istiqamətlərində işlərə artıq başlanılıb. Sahil kollektorunun işə düşməsi ilə Bakı buxtasına axıdılan bütün çirkab və yağış suları həmin xətt vasitəsilə ərazidən kənarlaşdırılacaq. İşlər bununla da yekunlaşmır.

Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda tanış ola bilərsiniz.

Seçilən
46
1
azertag.az

2Mənbələr