AZ

Misir Mərdanov jurnalistlərə qarğış eləyib

Sabiq təhsil naziri Misir Mərdanov yaxın vaxtlarda Bakı Dövlət Universitetində yeni vəzifəyə təyin olunacağı ilə bağlı iddiaları təkzib edib...

Poliqon xəbər verir ki, sabiq nazir Todaypress TV-yə açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib.

"Belə çıxır ki, bu jurnalistlərin dərdi Misir Mərdanovdur. Bəsdirin bu qədər yalan yazdınız! Niyə mənim adımı hallandırırlar? Allah onlara lənət eləsin. Qoyun da yaşayaq biz öz halımızla. Axı belə jurnalist olmaz. Bilmədiyiniz şeyi niyə yazırsınız? Olmayan şeyi niyə uydurursunuz? Mən bir Azərbaycan vətəndaşıyam, qoyun normal, sağ-salamat yaşayım. Nə istəyirsiniz məndən? Elə bil bu jurnalistlərin işi-gücü ancaq budur. Bir dəfə də olsun yaxşı bir şey yazın!" , deyə o fikrini yekunlaşdırıb.

Qeyd edək ki, modern.az saytı Misir Mərdanovun BDU-da kafedra müdiri postunda Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanı əvəzləyəcəyini yazıb.

Poliqon.info

Seçilən
88
2
poliqon.info

3Mənbələr