Bakı.Trend:
Cari il yanvarın 13-də Azərbaycan Respublikasının BaşProkurorluğunda müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğayeni qəbul edilmiş gənc əməkdaşların andiçmə mərasimikeçirilib.
Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, prokurorluq orqanlarında qulluğa yeni qəbuledilmiş gənc əməkdaşlar ilk növbədə Fəxri xiyabana gələrəkxalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib,məzarı önünə əklil qoyublar.
Şəhidlər xiyabanına gələn gənc əməkdaşlar ölkəmizin azadlığı vəsuverenliyi uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətənövladlarının xatirəsini yad ediblər.
Tədbirdə Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri, prokurorluqəməkdaşları, prokurorluğun veteranları ilə yanaşı, fəxri qonaqqismində Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,heykəltaraş Ömər Eldarov, Üzeyir Hacıbəyov adına Bakı MusiqiAkademiyasının rektoru, Azərbaycanın xalq artisti, professor FərhadBədəlbəyli və Azərbaycan Memarlar İttifaqının İdarə heyətininsədri, əməkdar memar Elbay Qasımzadə istirak edib.
Tədbirdən öncə Baş Prokurorluğun rəhbərliyi və qonaqlarxalqımızın Ümummilli Lideri Heydər Əliyevin Baş Prokurorluğuninzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoyub,dünya şöhrətli siyasi xadimin unudulmaz xatirəsini dərin ehtiramlaanıblar.
Sonra isə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmişşəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib,yaralılara şəfa dilənib.
Tədbirdə çıxış edən Baş prokuror bildirib ki, ötən il AzərbaycanRespublikasının ictimai-siyasi həyatında xüsusi məna kəsb edir.Azərbaycan Respublikasının Prezidentinin 28 dekabr 2024-cü iltarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya vəSuverenlik İli” elan edilməsi müstəqil dövlətçilik tariximizin əsassütunlarına verilən ali dəyərin bariz ifadəsidir.
Vurğulanıb ki, avqustun 8-də ABŞ-da Azərbaycan RespublikasınınPrezidenti, Ermənistan Respublikasının Baş naziri və ABŞ PrezidentiDonald Trampın iştirakı ilə keçirilən görüş regionda uzunmüddətlisabitliyin və təhlükəsizliyin təmin olunması baxımından həlledicimərhələ olub. Eyni zamanda həmin gün “Azadlığa Dəstək Aktı”nın907-ci düzəlişinin tətbiqini dayandırması ilə bağlı sənədinimzalanması ABŞ-Azərbaycan münasibətlərində etimadın vətərəfdaşlığın gücləndirilməsi baxımından tarixi əhəmiyyətdaşıyır.
Bundan başqa, 2025-ci ilin aprel ayında Çin Xalq RespublikasınınSədri Si Cinpin ilə keçirilən görüş Azərbaycan - Çinmünasibətlərində yeni bir mərhələnin başlanğıcı oldu.
Bundan başqa, qeyd olunub ki, Azərbaycan 2024-cü ilin dekabrındaQahirədə keçirilmiş D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvətoplantısında yekdilliklə bu nüfuzlu quruma üzv qəbul edilmiş,2025-ci ilin mart ayında Milli Məclisin ratifikasiyasından sonratamhüquqlu üzv statusu qazanıb.
28 may 2025-ci il tarixdə Laçın şəhərində Azərbaycan və TürkiyəPrezidentlərinin, eləcə də Pakistanın Baş nazirinin iştirakı iləkeçirilmiş Zirvə görüşü regionda iqtisadi inkişaf, infrastrukturlayihələri və təhlükəsizlik məsələlərinin müzakirəsi baxımındanmühüm siyasi hadisə olub.
Nəzərə çatdırılıb ki, bütün bu sadalananlar Azərbaycanınbeynəlxalq müstəvidə artan nüfuzunun, müstəqil və prinsipial xaricisiyasət kursunun nəticəsidir. Həmçinin dövlətimizin gücü ölkədaxilində sabitliyin, təhlükəsizliyin, sosial rifahın və hüquqidövlət prinsiplərinin təmin olunmasında da özünü göstərir. Məhz bubaxımdan, 2025-ci il ərzində həyata keçirilən tədbirlərAzərbaycanın suverenliyinin real və dayanıqlı əsaslar üzərindəmöhkəmləndirildiyini nümayiş etdirir. Bu möhkəmlənmənin ən bariztəzahürü isə cənab Prezident İlham Əliyevin rəhbərliyi və BirinciVitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı iləişğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa vəquruculuq işləri, eləcə də Böyük Qayıdış Proqramının ardıcıl vəsistemli şəkildə icrasıdır.
Diqqətə çatdırılıb ki, xalqın öz dövlətinə olan dərin inam vəetimadına əsaslanan bu sarsılmaz missiya ölkəmizi “Şəhərsalma vəMemarlıq İli” elan olunan 2026-cı ildə yalnız yüksək rifahcəmiyyəti və iqtisadi tərəqqi məkanı kimi deyil, həm də çoxəsrliktarixə malik quruculuq diyarı kimi bir daha dünyayatanıdacaqdır.
Bildirildi ki, 2020-ci ildə Vətən müharibəsinin başa çatmasındansonra keçirilmiş 6 müsabiqənin nəticələri üzrə müvəffəqiyyətqazanmış 24 nəfər Vətən müharibəsi iştirakçısı prokurorluqorqanlarında qulluğa qəbul edilib. Onlardan 2 nəfəri 2020-ci ildə,10 nəfəri 2021-ci ildə, 6 nəfəri 2022-ci ildə, 3 nəfəri 2023-cüildə, 2 nəfəri 2024-cü ildə, 1 nəfəri isə 2025-ci ildə elan edilmişmüsabiqə üzrə uğur qazanıb.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin 19 iyun 2001-ciil tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbulolunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqındaƏsasnamə"yə uyğun olaraq Baş Prokurorluq tərəfindən növbəti dəfə 15aprel 2025-ci il tarixdə elan edilmiş 27-ci müsabiqənin nəticələriüzrə 51 gənc hüquqşünas qulluğa qəbul olunub.
Daha sonra prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərinvəzifələrə təyin edilməsi barədə əmr elan edilib, işə qəbulolunanlar təntənəli surətdə and içib və onlara xidməti vəsiqələrBaş prokuror tərəfindən təqdim olunub.
Tədbirdə çıxış edən Fərhad Bədəlbəyli və Elbay Qasımzadə işəqəbul olunan gənc əməkdaşları təbrik edərək onlara gələcəkfəaliyyətlərində uğurlar arzulayıb, prokurorluq orqanlarının dövlətmüstəqilliyimizin, xalqımızın və dövlətimizin cinayətkar qəsdlərdənqorunması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsindəxüsusi yerə malik olduğunu bildirib.
Prokurorluqda qulluğa yeni qəbul olunmuş gənclərdən NərminHəmzəyeva və Orxan Səhratzadə çıxış edərək gənc mütəxəssislərəgöstərilən dövlət qayğısına görə ölkə başçısına özminnətdarlıqlarını bildirərək, onlara göstərilən yüksək etimadıdoğruldacaqlarına söz veriblər.
Tədbir iştirakçıları adından Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevə müraciət qəbul edilib.
Baş prokuror Kamran Əliyev mərasimə yekun vuraraq qulluğa qəbulolunan gənc prokurorluq əməkdaşlarını təbrik etmiş, prokurorluqişçisinin şərəfini həmişə uca tutacaqlarından əminliyini ifadəedib.
Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkliçəkdirilib.