Bakı. Trend:
Azərbaycanın ilk rəqəmsal bankı Birbank Mərkəzi Bankın “Açıqbankçılıq” yanaşmasını tənzimləyən normativ aktlar və texnikiplatformasına inteqrasiyasını tamamilə yekunlaşdırıb. Bununla daölkənin maliyyə bazarında ilk dəfə olaraq tətbiq edilən bufunksionallıq Birbank mobil tətbiqində aktivləşdirilib.
Artıq Birbanklılar “Açıq bankçılıq” platformasına qoşulan digərbanklardakı hesablarını da öz mobil tətbiqlərindən rahatlıqla görəbilərlər. Bununla da Birbank müştəriləri bütün maliyyəəməliyyatlarını bir mərkəzdən izləmək imkanı, eləcə də rahat vəasan nəzarət mexanizmi qazanmış olurlar.
Bunun üçün aşağıdakı təlimatları izləmək yetərlidir:
- Birbank mobil tətbqinə daxil olun;
- “Açıq bankçılıq” hissəsinə klik edin;
- “Digər bankın hesabını əlavə et”i seçin;
- Açılan siyahıdan istədiyiniz bankı seçin və əlavə edin;
Daha sonra 90 günədək edilən əməliyatlarla bağlı bütünməlumatlar Birbank tətbiqində rahatlıqla görünəcək. Qeyd edək ki,depozit və kredit məlumatları, həmçinin köçürmə, ödəniş və digərəməliyyatların icrası nəzərdə tutulmur. Müştərilər istədikləri vaxtəlavə etdikləri bank kartlarını silə və verdikləri icazələri ləğvedə bilərlər.
Tətbiqi yükləmək üçün: http://www.b-b.az/bbha
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edənKapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktivistifadəçisi olan mobil tətbiqi, 115 filial və 52 şöbədən ibarətAzərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərininxidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı KapitalBank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ədaxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraqfəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə dahaətraflı məlumat almaq üçün Birbank.az saytına, 196 Əlaqə Mərkəzinəvə ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciətedə bilərsiniz.