Bakı. Trend:
Bu gün Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə nümunəgöstərilir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunmasıfonunda Azərbaycanın hərtərəfli inkişafına yönələn komplekstədbirlər həyata keçirilir. Aparılan kompleks islahatlar ölkəmizədünyada ən islahatçı ölkə imicini qazandırıb. Aparıcıiqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakısistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirirlər.Azərbaycanın yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkəkimi tanınması da özündə mühüm çağırışları ehtiva edir. ÜmummilliLider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davametdirən Prezident İlham Əliyevin neft siyasətinin məntiqi davamıkimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətindəatdığı davamlı addımlar “Biz neft kapitalını insan kapitalınaçevirməliyik!” çağırışının reallıqda öz təsdiqini tapmasınıngöstəricisidir. Bircə faktı qeyd etmək kifayətdir ki, ölkəiqtisadiyyatına yatırılan 350 milyard dollar investisiyanın 200milyard dolları qeyri-neft sektorunun payına düşür. 2003-cü ildənqarşıya qoyulan həmin hədəf bölgələrin malik olduğu potensialdansəmərəli istifadənin vacibliyini önə çəkdi. Prezident İlhamƏliyevin sərəncamları əsasında təsdiqlənən Bakı və Bakıətrafıqəsəbələrin, həmçinin regionların sosial-iqtisadi inkişafına dairDövlət proqramlarının uğurlu icrası qarşıya qoyulan hədəflərəyüksək səviyyədə nail olmağı şərtləndirdi.
Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilənBakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı vəyağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ciillər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə Prezident İlhamƏliyev bir daha bu məqamlara xüsusi diqqət yönəldərək bildirdi ki,hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu.Biz bunun nəticəsində əsas infrastruktur məsələlərini həlletdik.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, paytaxt Bakımızın,bölgələrimizin dayanıqlı inkişafının təmin edilməsindəinfrastruktur layihələrinin uğurlu icrası əsas rol oynayır.Regionların sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramındaəsas hədəflərdən biri infrastrukturun yenilənməsi,təkmilləşdirilməsi, mühüm layihələrin uğurlu icrası idi. Elektrikenerjisi ilə təchizat prioritet məsələlərdən idi. Bu gün enerjigenerasiya gücümüz tələbatımızdan daha artıqdır. Hətta elektrikenerjisini ixrac edirik. Prezident İlham Əliyevin müşavirədəvurğuladığı kimi, vaxt var idi bu məsələ ilə bağlı ciddiproblemlər, enerji qıtlığı mövcud idi. Biz hətta xaricdən elektrikenerjisini idxal etməyə məcbur idik. Bu gün isə görülmüş tədbirlərnəticəsində həm generasiya gücləri yaradıldı, eyni zamanda,yarımstansiyalar, ötürücü xətlər, paylayıcı şəbəkə, bütün buməsələlər vahid sistem halına salındı. Vaxtilə bu sahədə qüsurlarınböyük hissəsi aradan qaldırılıb. Bu gün nəinki öz enerjitələbatımız, həmçinin ixrac yolları haqqında düşünürük. Onları bizyaradırıq. Azərbaycan bir neçə ildən sonra necə ki, bu gün nefti,qazı dünya bazarlarına ixrac və bir çox ölkələrin enerjitəhlükəsizliyini təmin edir, eyni səviyyədə də elektrik enerjisinidünya bazarlarına ixrac edəcək.
Vüqar Rəhimzadə, həmçinin ölkəmizin, əhalinin qaz təminatındanda bəhs edib. Bildirib ki, statistik rəqəmlərə diqqət yetirsəkgörərik ki, bu gün ölkəmizdə qazlaşmanın 96 faizə çatması bu sahədəgörülən işlərin təqdimatıdır. Daxili tələbatını yüksək səviyyədəödəyən Azərbaycan hazırda 14 ölkəyə qaz ixrac edir. Bu rəqəm də sondeyil. Ölkəmizin uğurlu enerji siyasəti yeni tərəfdaşlarqazanmasında, yeni layihələrin gündəmə gətirilərək onlarda iştirakedəcək ölkələrin coğrafiyasının genişləndirilməsində əhəmiyyətlirol oynayır. İnfrastruktur layihələrindən bəhs edərkən yolinfrastrukturunu xüsusi qeyd etməliyik. Yeni avtomobil, dəmiryolları çəkilir. Beynəlxalq Hava limanları tikilib istifadəyəverilib. Beynəlxalq maliyyə qurumlarının, xüsusilə Davos Dünyaİqtisadi Forumunun hesabatlarında Azərbaycan bu sahədə dəliderliyini qoruyur. Regional inkişaf proqramlarının uğurlu icrasınəticəsində müasir yol-nəqliyyat infrastrukturunun yaradılmasıistiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident İlhamƏliyevin müvafiq sərəncamlarına uyğun olaraq çoxsaylı yolötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyadakeçidləri inşa olunmuş və olunur, beynəlxalq standartlarsəviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi iləqeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlarauyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm dəölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bugün işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuqişlərinin fonunda infrastruktur layihələrinin icrasına verilən önəmdiqqətdən kənarda qalmır. Prezident İlham Əliyev müşavirədəbildirdi ki, hazırda işğaldan azad edilmiş ərazilərdə dediyim bütünbu infrastruktur layihələri icra edilir. Elektrik enerjisi,generasiya gücləri, ötürücü xətlər, yollar, körpülər, tunellər, sutəchizatı, qazlaşma və bütövlükdə uzun illər işğal altında qalmışərazilər dirçəlir, həyata qayıdır və vahid infrastruktur şəbəkəsinəqoşulur.
Millət vəkili yanvarın 12-də keçirilən müşavirənin həsr olunduğuməsələyə diqqəti yönəldərək bildirib ki, Bakı şəhərinin və Abşeronyarımadasının su problemlərinin həlli məsələləri həyata keçiriləninfrastruktur layihələri arasında xüsusi yer tutur. İçməli su vəsuvarma layihələri də həmişə diqqət mərkəzində olub. Prezidentİlham Əliyev müşavirədə qeyd etdi ki, Azərbaycan vətəndaşları yaxşıxatırlayırlar. Vaxtilə bu, insanları narahat edən ən ciddiməsələlərdən biri idi. Bu məsələlər də tədricən öz həllini tapıb.Bu gün əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icraedilib və proses davam etdirilir.
Son 20 ildə dörd böyük su anbarı inşa edilib və bu suanbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onlarınarasında xüsusilə “Taxtakörpü”, “Şəmkirçay” su anbarlarını qeydetmək istərdik. Əgər bu su anbarları tikilməsəydi, bu gün həmBakının, həm də qərb zonasının su təchizatı böyük problemlərləüzləşə bilərdi. “Taxtakörpü” su anbarı imkan verdi ki, Samurçayının suları “Ceyranbatan” su anbarına yığılsın və orada ehtiyatyaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidənquruldu. Yeni, müasir təmizləyici qurğular kompleksi inşa edildi.Bu gün azad edilmiş ərazilərdə içməli su və suvarma layihələri icraedilir. Son beş ildə bir neçə önəmli layihə başa çatıb. VaxtiləErmənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış suanbarları əsaslı təmir edilib. Onlardan biri “Sərsəng” suanbarıdır. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdəən böyük su anbarlarından biridir. Prezident İlham Əliyevinmüşavirədə vurğuladığı kimi, vaxtilə torpaqlarımız işğal altındaolanda Ermənistan dövləti bizə qarşı su terroru da həyatakeçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularınınbağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyükproblemlər yaradırdı. Bu gün isə “Suqovuşan” və “Sərsəng” suanbarları tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda- Füzuli rayonunda “Köndələnçay”, Ağdam rayonunda “Xaçınçay” suanbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş“Zabuxçay” su anbarı artıq istismardadır. Azad edilmiş ərazilərdədaha iki böyük su anbarının - “Həkəriçay” və “Bərgüşadçay”ıntikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Bütünübunlar bir daha sübut edir ki, su mənbələri hər bir ölkə üçün çoxönəmlidir.
Vüqar Rəhimzadə onu da qeyd edib ki, bu gün dünyada iqlimdəyişikliyi ilə bağlı ciddi narahatlıq var. Prezident İlham Əliyevmüşavirədə bu məsələyə də xüsusi diqqət yönəltdi. Bildirdi ki, birçox ölkələr artıq bundan ciddi zərər görür. Bizim sutəhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində özhəllini tapır. Görülən işlər qat-qat çoxdur, layihələr onu göstərirki, əgər vaxtında bu addımlar atılmasaydı, bu gün sutəhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddiproblemlər yarada bilərdi. Bizim məqsədimiz isə əhalini vəsənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, sumənbələrini qorumaqdır, su anbarlarının potensialını artırmaqdır.Əsas çağırışlardan biri də bu oldu ki, su sektorunda rəqəmsalidarəetmə sistemi də tətbiq edilməlidir. Abşeron yarımadasının sutəchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdəduzsuzlaşdırma zavodu inşa ediləcək. Bunun üstünlüyü ondanibarətdir ki, bu, sırf xarici investisiyalar hesabına həyatakeçiriləcək layihədir.
Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin proqramxarakterli çıxışı Azərbaycanın qeyd edilən sahədə gələcək inkişafıilə bağlı aydın təsəvvür yaradır. Prezident İlham Əliyevin 12yanvar 2026-cı il tarixli Sərəncamı ilə “Bakı şəhərində və Abşeronyarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinintəkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”təsdiqləndi. Dövlət Proqramı strateji məsələ olan su təminatı vəekoloji təhlükəsizliyi yeni mərhələyə yüksəldəcək. Ümumiyyətlə,dayanıqlı su təminatı və ekoloji tarazlığın qorunması əsashədəflərdəndir.