“Nazlı Ana” Xeyriyyə Təşkilatı tərəfindən ölkəmizdə ali təhsil müəssisələrində təhsil alan tələbə qızların akademik inkişafına dəstək məqsədilə həyata keçirilən “Nazlı Ana Təqaüd Proqramı”na ərizə qəbulu açıq elan edilib.Təqaüd proqramının əsas məqsədi Azərbaycan Respublikasının dövlət və özəl ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan, maddi çətinliklər səbəbindən təhsilini davam etdirməkdə çətinlik çəkən, lakin akademik göstəriciləri və şəxsi motivasiyası ilə seçilən aztəminatlı ailələrdən olan tələbə qızlara dəstək göstərməkdir.“Nazlı Ana Təqaüd Proqramı” təhsilə çıxış imkanlarının genişləndirilməsini, qızların bilik və bacarıqlarının inkişafını, onların gələcəkdə cəmiyyət üçün faydalı, savadlı və məsuliyyətli vətəndaş kimi formalaşmasını hədəfləyir.Təqaüd proqramına aztəminatlı ailələrdən olan və Azərbaycan Respublikasında ali təhsil müəssisəsində ödənişli əsaslarla (bakalavr pilləsi) təhsil alan Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı link vasitəsilə müraciət edə bilərlər:https://nazliana.az/az/muraciet-et/Qeyd edək ki, müraciətlərə baxılma müddəti 15 gün təşkil edir. Qaliblər 3 meyar əsasında (ilkin sənədlərin yoxlanışı, monitorinq və müsahibə mərhələsi) müəyyən ediləcək.Xatırladaq ki, fəaliyyətini şəffaflıq, sosial məsuliyyət və humanizm prinsipləri əsasında həyata keçirən “Nazlı Ana” Xeyriyyə Təşkilatı İctimai Birliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 28 dekabr 2024-cü il tarixində dövlət qeydiyyatına alınıb..“Nazlı Ana” Xeyriyyə Təşkilatı — Mərhəmət və sabaha qayğı ilə!
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


