AZ

İranda ölənlərin sayı 12.000-ə çatıb – “Iran International” nəşri

Lİranda genişmiqyaslı etirazlar zamanı ən azı 12.000 insan həlak olub ki, bunların əksəriyyəti iki günlük zorakılıqla yatırılma zamanı baş verib.

Bu rəqəm “Iran International” tərəfindən açıqlanıb. Medianın məlumatına görə, bu, İran tarixində görünməmiş ölüm sayıdır. Lakin, internetin bloklanması səbəbindən media orqanı ölənlərin sayının qeyri-dəqiq ola biləcəyini qeyd edib. İnsan haqları fəalları hələlik bu ölüm sayını təsdiqləməyib. Reuters agentliyi İran fəallarına və ABŞ-da yerləşən HRANA insan haqları təşkilatına istinadən 12 yanvarda iki həftə ərzində 490 etirazçının və 48 təhlükəsizlik qüvvəsinin öldürüldüyünü, 10.500-dən çox insanın isə həbs olunduğunu bildirmişdi. İran rəsmiləri itki sayı barədə məlumat verməyib.

“Iran International” mənbələrinə, şahidlərə və bir neçə şəhərdəki tibb işçilərinə görə, qətllərin əksəriyyəti 18 və 19 dekabr 2025-ci il tarixlərində baş verib. Etirazçılara edilən hücumların arxasında İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) və Bəsic dayanır. Mediya orqanı iddia edir ki, etirazların yatırılması mərkəzi şəkildə təşkil edilib və xaoslu toqquşmaların nəticəsi deyil. Bu, İranın Ali Lideri Əli Xameneinin əmri ilə, “hökumətin üç qolunun təsdiqi və Milli Təhlükəsizlik Şurasının birbaşa əmri” ilə həyata keçirilib. “Iran International”ın məlumatına görə, ölənlərin əksəriyyəti 30 yaşdan kiçik gənclər olub.

Media qurumu həmçinin iddia edir ki, dövlət radio və televiziyasından başqa, İranda yalnız bir neçə xəbər saytı fəaliyyət göstərir. Bunların hamısı senzura olunur və birbaşa təhlükəsizlik xidmətləri tərəfindən idarə edilir.

//Samir Qurbanov, Editor.az

Seçilən
65
46
editor.az

10Mənbələr