AZ

Ömürlük həbs edilən sabiq senatora daha 10 il CƏZA VERİLDİ – VİDEO

Ömürlük həbs edilən sabiq senator əlavə 10 il həbs cəzası alıb.

İnterpress.az xəbər verir ki, Rusiyada səs-küylü məhkəmə prosesi yekunlaşıb.

Məlumata görə, Qaraçay-Çərkəz Respublikasından olan sabiq senator Rauf Araşukova qarşı yeni hökm oxunub.

Artıq ömürlük həbs cəzası çəkən keçmiş məmura daha 10 il həbs və 120 milyon rubl cərimə kəsilib.

İstintaq müəyyən edib ki, o, vəkili vasitəsilə Federal Cəzaçəkmə Xidmətinin (FSİN) əməkdaşına 6 milyon rubl rüşvət verməyə cəhd edib.

Məqsəd həbsxanada saxlama şəraitinin yaxşılaşdırılması və xüsusi imtiyazların əldə edilməsi olub. Lakin FSİN əməkdaşı rüşvət təklifi barədə rəhbərliyə məlumat verib və planın qarşısı alınıb.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
11
interpress.az

1Mənbələr