BAKI, 13 yanvar. TELEQRAF
Yeni Klinikada xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf xəbər verir ki, Nizami Rayon məhkəməsində hakim Mətanət Hacıyeva sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra məlum olub ki, təqsirləndirilən şəxsin vəkili hazırlıq iclasının təxirə salınmasını istəyib.
Qeyd edək ki, Günay Məmmədova ötən il mayın 18-də Yeni Klinikanın Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova cərrahiyyə əməliyyatı edib.
Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham olunur.
İstintaqla Sevinc Məmmədovanın ötən il mayın 6-da Yeni Klinikada Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətdiyi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirdiyi müəyyən olunub. Nəticədə Günay Məmmədova mayın 18-də klinikada ölüb.
Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib, barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırılma növündə əlavə qətimkan tədbirləri seçilib.