AZ

Anar Əlizadə ilə Mübariz Mənsimov arasında kompromat savaşı yenidən alovlanıb

İş adamları arasında uzunmüddətli münaqişə yeni iddialarla davam edir...

İş adamları Anar Əlizadə ilə Mübariz Mənsimov arasında uzun illər davam edən qarşıdurma yenidən aktiv fazaya keçib və bu dəfə tərəflər arasında kompromat informasiyalarının yayımlanması mübahisələri genişlənib.

Poliqon xəbər verir ki, bu barədə yenicag.az portalında dərc olunmuş məqalədə qeyd edilir.

Məqlədə bildirlir ki, uzun müddətdir mətbuatın gündəmindən düşməyən iki tanınmış iş adamı, "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovla "Union Grand Energy" şirkətinin sahibi Anar Əlizadə arasındakı gərginlik yenidən alovlanıb.

Bu dəfə qarşıdurma daha kəskin xarakter alıb və tərəflər arasında "kompromat savaşı" başlayıb. Məlumata görə, Mübariz Mənsimova məxsus olduğu iddia edilən media resursları və sosial şəbəkə hesablarında Anar Əlizadəyə qarşı ciddi ittihamlar irəli sürülməyə başlanılıb. Bu ittihamlar əsasən Anar Əlizadənin iş fəaliyyəti, neft sektorundakı mövqeyi və keçmişdə həyata keçirdiyi layihələrlə bağlıdır.

Qarşılıqlı ittihamlar

Qeyd olunur ki, Mübariz Mənsimov tərəfindən idarə olunan bəzi "trol şəbəkələri" və xaricdən yayımlanan internet resursları vasitəsilə Anar Əlizadənin nüfuzuna xələl gətirə biləcək məlumatlar sızdırılır. Digər tərəfdən isə, Anar Əlizadəyə yaxın dairələr bu iddiaların əsassız olduğunu, Mənsimovun Londondakı məhkəmə proseslərində uduzduqdan sonra bu yola əl atdığını bildirirlər.

Xatırladaq ki, tərəflər arasında illərdir davam edən məhkəmə çəkişmələri mövcuddur. Mübariz Mənsimov Anar Əlizadəni və SOCAR-ın keçmiş rəhbərliyini ona qarşı "fırıldaqçılıq" etməkdə ittiham edirdi. Lakin London Ali Məhkəməsi (High Court) Mənsimovun iddialarının əksəriyyətini rədd etmiş, bir çox məsələlərdə Əlizadənin xeyrinə qərarlar vermişdi.

Kompromat "savaşı"nın pərdəarxası

Bu yeni "savaş" Mübariz Mənsimovun Türkiyədəki və beynəlxalq səviyyədəki biznes itkilərini kompensasiya etmək və diqqəti öz problemlərindən yayındırmaq cəhdi ola bilər. Lakin Anar Əlizadə tərəfi hələlik bu hücumlara rəsmi və geniş cavab verməkdən yayınır, daha çox hüquqi müstəvidə fəaliyyət göstərməyə üstünlük verir.

Bununla belə, qarşıdakı günlərdə tərəflərin bir-biri haqqında daha sensasiyalı məlumatlar yayacağı gözlənilir. Xüsusilə, hər iki iş adamının vaxtilə birlikdə həyata keçirdiyi neft daşımaları və digər kommersiya əməliyyatları ilə bağlı "qaranlıq məqamların" üzə çıxarılacağı ehtimal edilir.

Bu qarşıdurmanın həm də Azərbaycanın neft sektorundakı müəyyən maraq qrupları arasındakı nüfuz savaşı olduğu da iddialar arasındadır.

Poliqon.info

Seçilən
30
poliqon.info

1Mənbələr