AZ

Sabunçuda 22 kiloqram narkotik AŞKARLANDI

Ajans.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbir zamanı 27 yaşlı İlkin Hüseynov saxlanılıb. Ondan 22 kiloqram 180 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. İ.Hüseynovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdiyi və satış məqsədilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdığı məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seçilən
20
16
Ajans.az

10Mənbələr