AZ

"Dəmirli"də 260 nəfər keçmiş məcburi köçkün işlə təmin edilib

Ağdərə rayonunun Canyataq kəndində "Dəmirli" Filiz Emalı Kompleksində ilkin mərhələdə 980 nəfər daimi işlə təmin olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə kompleksin açılışında iştirak edən Prezident İlham Əliyevə məlumat verilib.

Qeyd olunub ki, işlə təmin edilənlərin 260 nəfəri keçmiş məcburi köçkün, o cümlədən işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlardır.

Bildirilib ki, növbəti illərdə əksəriyyəti yerli icmaları təmsil edən vətəndaşlar üçün daimi iş yerlərinin sayının 1250-yə çatdırılması planlaşdırılır.

Seçilən
99
2
bakivaxti.az

3Mənbələr