Xəbər verdiyimiz kimi, Oktay Kaynarca narkotik əməliyyatında saxlanılaraq ifadə vermək üçün prokurorluğa aparılıb.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor saxlanılması ilə bağlı açıqlama yayıb.
"Vicdanım təmiz, başım dikdir", - deyə o bildirib.
Kaynarca həmçinin açıqlamasında məhkəmə ekspertizasının nəticələri başa çatdıqdan sonra ictimaiyyətə daha geniş məlumat veriləcəyini bildirib. O, uzun illərdir narkotiklərlə mübarizə apardığını və bu çərçivədə həyata keçirilən bütün hüquqi əməliyyatları dəstəklədiyini bildirib.