AZ

Paşinyan: "Yanacaq idxalı ilə əlaqədar narahatlıqlar əsassızdır" | VİDEO

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün sosial şəbəkə hesabında yaydığı videoda danışıb. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində də məsələ üzrə müəyyən narahatlıq mövcuddur ki, guya göndərilən yanacaq Ermənistanın hərbi texnikası üçün işlədiləcək:

"Hər iki tərəfin narahatlğı əsassızdır, çünki artıq sülh qurulub. Bu cür iddialar neft idxalı və satışı bazarına uzun müddət hakim kəsilən şirkətlərin uydurmasıdır.Axı rəqabət artıqca onlar qiymətləri aşağı salmağa məcbur qalırlar. Beləliklə, bazarda inhisarçılıq azalır. Aydındır ki, belə bir vəziyyət onların xeyrinə deyil".

Nikol Paşinyan diqqətə çatdırıb ki, Azərbaycandan idxal fonunda Ermənistanda yanacaq təqribən 15% ucuzlaşıb:

"Əvvəllər "Aİ-95" benzininin litri 510-520 dram, "Aİ-92"nin litri isə də 500 dram idi. Hazırda hər biri üzrə minimum təqribi qiymət müvafiq surətdə 430 dram və 460 dramdır".
Bakıdan Ermənistana neft məhsulları yola salınıb | VİDEO

Xatırladaq ki, 2025-ci ilin dekabrında Azərbaycandan Ermənistana onilliklər ərzində ilk dəfə (Gürcüstan vasitəsilə) 1200 ton neft məhsulu göndərilib. Ötən günlərdə isə Azərbaycandan ikinci partiya: 6100 ton benzin və 1500 ton dizel yanacağı Ermənistana çatdırılıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
56
1
azvision.az

2Mənbələr