AZ

Azərbaycan klubu mövsümün sonunadək transfer etməyəcək

Bakı, 13 yanvar, AZƏRTAC

Qadın voleybolçulardan ibarət UNEC komandası mövsümün sonunadək heyətinə oyunçu cəlb etməyəcək.

Bu barədə AZƏRTAC-a klubun prezidenti Vüqar Məmmədov məlumat verib. “Qışda komandaya yeni oyunçu almayacağıq. Hazırkı heyətdən razıyıq. Mövsümün sonunadək əlimizdəki oyunçularla yola davam edəcəyik”, - deyə klub rəsmisi bildirib.

Qeyd edək ki, UNEC komandası hazırda 17 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Seçilən
56
3
azertag.az

4Mənbələr