AZ

Azərbaycanın «yaşıl» enerji gündəliyi qlobal səviyyədə təqdir olunur

Çağdaş dövrümüzün əsas qlobal çağırışlarından

biri bərpaolunan enerjiyə keçiddir. Qürur hissi ilə qeyd etməliyik ki, respublikamızda

bu çağırış zamanında dəyərləndirilir, bərpaolunan və «yaşıl» enerji istehsalı ilə

bağlı müxtəlif layihələr həyata keçirilir. Bir neçə gün əvvəl “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilməsi də göstərdi ki, Azərbaycanda bu sahədə

işlər sürətli və keyfiyyətlidir.

“Xızı-Abşeron” Külək Elektrik Stansiyası ölkəmizin

enerji potensialını gücləndirəcək, bu sahədə qarşıya qoyulan məqsədlərin  təmin olunmasında böyük

töhfələr verəcək. Ən əsası, 4 il ərzində ərsəyə gələn stansiya dayanıqlı

şəkildə işləməsi ölkəmizin iqtisadi inkişafına

mühüm təkan verəcək. “Xızı-Abşeron” stansiyası

Azərbaycanın «yaşıl» enerji

siyasətinə uyğun olaraq, enerji balansını

daha davamlı edir. Külək enerjisi həm də ekoloji cəhətdən təmiz olduğundan

atmosferə karbon emissiyalarını azaldacaq və ətraf mühitə mənfi təsiri minimuma

endirəcək. Bu cür layihələr xarici investorlarla əməkdaşlığı

gücləndirir, yeni layihələrin reallaşmasına təkan verir.

Bu gün dünyadakı geosiyasi vəziyyət enerji

təhlükəsizliyinin ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olduğunu təsdiqləyir. Azərbaycanda bu sahədə görülən işlər isə respublikamızın enerji siyasətinin

əhəmiyyətini daha da artırır.

 Məlum olduğu

kimi, Azərbaycan qazının təchizat coğrafiyası genişlənməkdədir və əhatəsinə görə

Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir.  Yaxın vaxtlarda respublikamızdan təbii qaz idxal edən dövlətlərin sayı daha

da artacaq.

Eyni zamanda ölkəmizdə

2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin

payının 30 faizə çatdırılması hədəflənib.  Yaşıl enerji mənbələrinin texniki potensialı

quruda 135 QVt, dənizdə 157 QVt-dır. 

Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası «yaşıl»

enerji zonası elan edilib.

Qeyd etmək lazımdır ki, ötən illər ərzində ölkəmizdə enerji sistemi

müasirləşdirilib. 2025-ci ildə

istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyasının, habelə Qarabağ və Şərqi Zəngəzur

iqtisadi rayonlarında su elektrik stansiyalarının istismara verilməsi nəticəsində

ölkəmizdə enerjisistemin qoyuluş gücü 15.6 faiz

artıb. “8 Noyabr” Elektrik Stansiyası hesabına şərti

yanacaq sərfiyyatının kəskin aşağı düşməsilə təbii qaza qənaət etmək üçün imkan

yaranır. Prezident İlham Əliyevin də söylədiyi

kimi, Azərbaycan qazına bu gün dünya bazarlarında böyük tələbat var və nə qədər

biz daxildə təbii qaza qənaət etsək, ixrac imkanlarımız da bir o qədər artacaq.

Daha çox təbii qaza qənaət etmək

imkanı verən «yaşıl»  enerji gündəliyi də Azərbaycanı enerji təhlükəsizliyi

baxımından daha cəlbedici edir. Təsadüfi deyil ki, Azərbaycanın «yaşıl»  enerji gündəliyi qlobal səviyyədə təqdir

olunur. Günəş

və külək enerji

stansiyalarına aid sərmayədarlarla imzalanmış müqavilələr isə  2030-cu ilə qədər 6 qiqavat

günəş və külək enerjisi təmin etməyə imkan verəcək. İşğaldan azad olunmuş ərazilərin

potensialı hesabına növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji

istehsalını 2 dəfə artırmaq mümkün olacaq. Beləliklə, Azərbaycanın atdığı

addımların nə dərəcədə düzgün olduğu bir daha təsdiqini tapır.

Cənab Prezident bəyan edib ki, növbəti böyük

stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad

edilmiş ərazilərdə nəzərdə tutulur. Bu potensial, eyni zamanda investisiya və

müsbət proqnozu olan reytinq səviyyəsində olması xarici invertorların Azərbaycana

sərmayə yatırmaq marağını artırmaqdadır.

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Seçilən
28
6
azerbaijan-news.az

7Mənbələr