
“Erməni əsgərləri Qara Göl yaxınlığındakı mövqeyə doğru irəliləyərkən Azərbaycan sərhəd məntəqəsindən keçirlər”.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan mətbuat konfransı zamanı məlumat verib.
Nazir mediada Azərbaycan hərbçilərinin erməni əsgərlərini yoxladığı barədə yayılan məlumatı təkzib edib.
O, erməni əsgərlərinin Azərbaycan nəzarət-buraxılış məntəqəsindən keçdiyini təsdiqləyib, lakin hər hansı yoxlama aparılıb-aparılmadığını bildirib.
"Erməni əsgərləri Azərbaycan hərbçilərinin yanlarından keçirlər, bəlkə hətta salamlaşıb söhbət edirlər. Bu mərhələdə qətiyyən heç bir problem yoxdur. Aylardır ki, heç bir problem yaranmayıb", - deyə siyasətçi əlavə edib.
Daşqın HəsənovMissiya.Az