AZ

Ermənilər ABŞ mediasını “işğal edib” – Azərbaycan HƏRƏKƏTƏ KEÇMƏSƏ…

“Prezident Tramp Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq səyləri ilə öyünür, lakin hələlik o, Bakının ekspansionist təcavüzünə yol verir”.

Bu fikirlər ermənilərin “Birlik Qanadları” siyasi təşəbbüsünün rəhbəri və Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyanın “The Washington Times” qəzetində dərc olunmuş məqaləsində yer alıb.

Tatoyanın məqaləsində Azərbaycana qarşı absurd və reallıqları təhrif edən çoxsaylı sərsəmləmələr yer alıb. Məlumdur ki, ermənilərin ABŞ-nin nüfuzlu qəzetlərində və digər media təsisatlarında vaxtaşırı, hətta ardıcıl məqalələri dərc edilir. Həmin yazıların əksəriyyəti Azərbaycana qarşıdır, ABŞ cəmiyyətində reallıqlardan uzaq, yanlış rəy yaratmağa, Azərbaycanı işğalçı kimi tanıtmağa hədəflənib.

Bəs biz “The Washington Times” kimi qəzetlərdə niyə dövlət maraqlarımızı, haqlı mövqeyimizi, reallıqları ifadə edən məqalələrlə çıxış etmirik? 

QULİYEV.jpg

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Musavat.com-a bildirib ki, ABŞ mediasının Ermənistanın siyasətçiləri və dövlət xadimləri üçün xeyli dərəcədə açıq olması bizim ziyanımıza olsa da, bir faktdır, bunu nəzərə almalıyıq:

“ABŞ-də erməni lobbisinin və diasporunun hakimiyyətə təsir gücü xeyli azalıb və neytrallaşıb, ancaq mediada, QHT sistemində, analitik mərkəzlərdə əvvəlki mövqeyini qoruyub saxlayır. Bunun nəticəsidir ki, ermənilər mediaya çıxmaq və Azərbaycana nifrət püskürmək imkanlarına malikdirlər. Bunun qarşısını almaq, reallıqları ABŞ mediasında yazmaq üçün Azərbaycan təbii ki, addımlar atmalıdır. Geniş və məqsədyönlü iş aparmaq lazımdır. Burada dövlətin üzərinə düşən işlə yanaşı, ABŞ-də yaşayan azərbaycanlıların, diasporamızın üzvlərinin də üzərinə iş düşür.

ABŞ mediası ilə iş aparılmalıdır, əlaqələr qurulmalıdır. Aktivləşmək mütləqdir. ABŞ mediasında Azərbaycan üçün genişlənmə imkanlarını təmin etmək qarşıda dayanan vəzifələrdəndir”.

Musavat.com

Seçilən
26
editor.az

1Mənbələr