AZ

ABB-dən “İndi al, sonra ödə!” xidməti

Bakı. Trend:

ABB yeni “İndi al, sonra ödə!” xidmətini müştərilərə təqdimedib. Bu, ABB-nin “İndi al, sonra ödə!” üzrə partnyoru olanmağazalarda elə yerindəcə kreditləşmə ilə məhsul alışına şəraityaradan yeni xidmət növüdür.

Məsələn, hansısa elektronika məhsulunu “İndi al, sonra ödə!”xidməti ilə almaq istəyən müştəri mağaza əməkdaşlarına bu barədəməlumat verir. Satıcı Bank tərəfindən təqdim olunan kabinetvasitəsilə müştərini ABB mobile tətbiqinə yönləndirir. Müştəritətbiqdə “İndi al, sonra ödə!” xidmətindən yararlanmaq üçün tələbolunan məlumatları daxil edir. Tətbiq üzərindən SİMA vasitəsiləsənədlərin imzalanması həyata keçirildikdən sonra məhsulundəyərində məbləğ təsdiqlənir və alış prosesi tamamlanır. Məbləğinbanka geri ödənilməsi üçün müştərilər 2 həftəlik və ya aylıq ödəməplanı seçərək hissəli şəkildə ödəmə imkanı əldə edirlər.

Beləliklə, müştəri ABB-nin “İndi al, sonra ödə!” xidmətindənyararlanaraq istədiyi məhsulu indi alır, ödənişini isə hissəlişəkildə sonra ödəyir.

Şərtlər:

  • Məbləğ: 100 - 5000 AZN
  • Müddət: 24 ayadək
  • Zaminsiz və girovsuz
  • İllik faiz dərəcəsi: müştəri üçün yoxdur
  • FİFD: min. 0% - maks. 20.72%

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etməkolar.

Məqalədə:
Seçilən
41
10
az.trend.az

10Mənbələr