AZ

“Azərbaycan müdafiə sənayesi qeyri neft ixracının əsas drayverinə çevrilir” DEPUTAT

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Gununsesi.info bildirir ki, Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov məsələyə münasibət bildirib:

“Azərbaycanda müdafiə sənayesi qeyri-neft sektorunun aparıcı sahələrdən birinə çevrilməkdədir. 2025-ci ildə Azərbaycanda 1,4 milyard manatlıq hərbi təyinatlı məhsul istehsal edib və 20 ölkəyə ixrac reallaşıb. Bu o deməkdir ki, müdafiə sənayesi məhsulları artıq Azərbaycana valyuta gətirir.

Dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə birgə müəssisələr qurulan Azərbaycanda istehsal proseslərinin milli və beynəlxalq standartlara uyğunlaşdırılaraq keyfiyyətə nəzarət laboratoriyaları yaradılıb. Bu da ixrac imkanlarının genişlənməsinə şərait yaradır.

Son 2 ildə Azərbaycan müdafiə sənayesinə 588 milyon dollar həcmində  sərmayə qoyulub.  Yaxın illərdə Azərbaycan müdafiə sənayesi məhsullarının illik ixracatının 1 milyard dollara çatdırılması hədəflənir”.

Deputat qeyd edib ki, hazırda dünya müdafiə sənayesinin həcmi 473 milyard dollar qiymətləndirilir.

“Tələbin artması səbəbindən bu rəqəmin 2030-cu ilədək 1 trilyon dollaradək yüksələcəyi gözlənilir. Bu isə o deməkdir, yaxın illərdə Azərbaycan müdafiə sənayesi qeyri-neft ixracatında əsas drayverlərdən birinə çevriləcək”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
69
4
icma.az

6Mənbələr