AZ

Misir təyyarəsi Ermənistan hava məkanı vasitəsilə Bakıya UÇUB

Ajans.az xəbər verir ki,bu barədə Ajans.az Sputnik Armenia-ya istinadən məlumat yayıb. Məlumata görə, adətən silah daşıyanlar da daxil olmaqla hərbi təyyarələr Azərbaycana Türkiyə və Gürcüstan üzərindən uçur. Ermənistan hava məkanından keçən qeyri-mülki təyyarələr (rəsmi və hərbi daxil olmaqla) isə Ermənistan Xarici İşlər Nazirliyinin xüsusi icazəsini almalıdır. Qahirə–Bakı reysinin 2025-ci ilin dekabr ayının əvvəlində həyata keçirildiyi bildirilir. Həmin gün təyyarə eyni marşrutla — Ermənistan hava məkanı üzərindən — Misirə geri qayıdıb. Ermənistan Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə qeyd olunub ki, Qahirədən Ermənistan hava məkanı vasitəsilə Bakıya uçan təyyarə sərnişin təyyarəsi olub və yüksək vəzifəli şəxsi Azərbaycana daşıyıb.

 

Seçilən
58
Ajans.az

1Mənbələr