AZ

Cəlilabadda rayon rəhbərinin ziyalılarla görüşü olub

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tədbirdə çıxışı zamanı belə görüşlərin mütəmadi olaraq  təşkilinin  vacibliyini bildirib və  son illərdə rayonda görülən işlərin qısa xronikası haqqında görüş iştirakçılarına  məlumat verib.

Görüşdə milli dəyərlərin qorunması, rayonda təhsil və mədəniyyət, kənd təsərrüfatı, sosial və iqtisadi məsələlərlə bağlı əldə olunan uğurlar, şəhid və qazi ailələrinə göstərilən diqqət, onların problemlərinin həlli və digər məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

Ziyalılar öz çıxışlarında rayonda aparılan abadlıq-quruculuq işləri, iqtisadi, ictimai, sosial, mədəni və digər sahələrdə icra olunan layihələrlə bağlı fikirlərini dilə gətirərək,  təklif və tövsiyələrini veriblər. Həmçinin maraqlı polemika şəraitində baş tutan görüş zamanı ziyalılar tərəfindən son illərdə Cəlilabad rayonunda görülən işlər, rayon sakinləri, əhalinin müxtəlif təbəqələri ilə mütəmadi olaraq keçirilən görüşlər  təqdirəlayiq hesab olunub.

RİH başçısı R. Cəlilov bu cür görüşlərin keçirilməsinin, rayonun hərtərəfli inkişafı baxımından birgə çalışmağın vacibliyini qeyd edib. Görüşdə qaldırılan məsələlərin qısa zamanda həlli istiqamətində işlərin görüləcəyini diqqətə çatdırıb. 

Zəfər ORUCOĞLUAzərbaycan Jurnalistlər Birliyinin üzvü 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
xalqqazeti.az

2Mənbələr