Bu gün mərhum jurnalist, şair, Azərbaycan Tibb Universitetinin (ATU) “Təbib” qəzetinin məsul katibi olmuş Mənsur Ələkbərovun doğum günüdür.
Publika.az xəbər verir ki, Mənsur Ələkbərov yaşasaydı bu gün 63 yaşını qeyd edəcəkdi.
Xatırladaq ki, Mənsur Abbas oğlu Ələkbərov 13 yanvar 1963-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Subatan kəndində doğulub. 1981-ci ildə orta məktəbi bitirib.
1988-ci ildə Azərbaycan Dövlət Universitetinin "Kitabşünaslıq və nəşr işi" fakültəsinə daxil olub və təhsilini davam etdirməklə bərabər M.F.Axundov adına dövlət kitabxanasında Elmi-metodiki şöbədə redaktor, baş redaktor vəzifələrində çalışıb.