AZ

Ağa Musa Nağıyevin pulları Azərbaycana gətiriləcəkmi?

Milyonçu xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsi, tarix elmləri üzrə fəlsəfə doktoru Dilarə Nağıyeva bildirib ki, babasına məxsus İsveçrə və Britaniya banklarındakı vəsaitin Azərbaycana qaytarılması mümkün olarsa, həmin pulların bir hissəsi hesabına bina tikdirəcək.

Publika.az xəbər verir ki, o, bu barədə APA-ya müsahibəsində danışıb.

Dilarə Nağıyeva qeyd edib ki, bu istiqamətdə illərdir müxtəlif şəxslər və qurumlar vasitəsilə cəhdlər edilsə də, nəticə əldə olunmayıb. Onun sözlərinə görə, vəsait geri qaytarılarsa, ona düşən paydan iki bina tikdirərək Ağa Musa Nağıyevin yarımçıq qalmış xeyriyyəçilik arzusunu davam etdirmək niyyətindədir.

Seçilən
24
1
publika.az

2Mənbələr