Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində baş verib. 85-AD-506 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 69-BF-990 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Qəzada Ceyhun Talıbov, Səməd Bilalov, Süleyman Bəylərov və İlkin Məmiyev xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.