"Qalatasaray" qış fasiləsində transfer çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, “sarı-qırmızılılar” İtaliya təmsilçisi "İnter"in yarımmüdafiəçisi Devid Frattesi ilə maraqlanır.
İstanbul klubu futbolçu üçün “İnter”ə 35 milyon avro məbləğində satınalma variantı ilə icarə təklifi irəli sürməyə hazırdır.
“Qalatasaray” yaxın günlərdə Milan klubu ilə danışıqlara start verəcək. Eyni zamanda Frattesiyə 5 milyon avro xalis maaş və əlavə bonusları əhatə edən müqavilə təklif ediləcək.
“Sarı-qırmızılılar”ın futbolçu ilə 4 illik anlaşma imzalamağı planlaşdırdığı və transferi bu həftə yekunlaşdırmaq istədiyi bildirilir.
Qeyd edək ki, Devid Frattesi cari mövsümdə 15 rəsmi matçda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Yuventus”dan tarixi qələbə: 8 ildən sonra ilk dəfə
Virtz "Liverpul" tarixinə düşüb
“Beşiktaş”dan “Korintians”a - RƏSMİ
“Beşiktaş”dan ayrıldı - YENİ KLUBU BƏLLİ OLDU
Kante “Fənərbaxça”nın radarında