AZ

Mehdiyevanın vəzifəsi Misir Mərdanova həvalə edilir

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanovun yaxın vaxtlarda Bakı Dövlət Universitetində yeni vəzifəyə təyin olunacağı gözlənilir.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, o, daha əvvəl Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın rəhbərlik etdiyi və hazırda boş qalan Hesablama riyaziyyat kafedrasına rəhbərlik edəcək.

İddia olunur ki, onun təyinatının indiyədək rəsmiləşdirilməməsinin əsas səbəbi ləğv edilmiş Riyaziyyat və Mexanika İnstitutunda direktor vəzifəsi üzrə davam edən təhvil-təslim və "Ramiz Mehdiyev işi"dir. Həmin prosesin yekunlaşmasından sonra Misir Mərdanovun Bakı Dövlət Universitetində fəaliyyətə başlaması gözlənilir.

Universitetə yaxın mənbələr də məlumatı təsdiqləyirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
176
5
axar.az

6Mənbələr