AZ

Bloomberg: “Fransa Almaniyadan ehtiyatlanır”

AzVision.az xəbər verir ki, Fransa hakimiyyətindəki anonim mənbələrə istinad edən “Bloomberg” agentliyinin məlumatına görə, bununla bağlı Fransadakı hisslər ə“şizofreniya”kimi qiymətləndirilir.

Berlinin müdafiə xərclərini artırmaq qərarına görə fransızlar bir tərəfdən rahatlaşsalar da, digər tərəfdən Almaniyanın maliyyə imkanlarının onun hərbi sənaye kompleksinin Avropada lider mövqe tutmasına imkan verəcəyindən ehtiyatlanırlar. Üstəlik, hərbi qüdrəyinin artması ilə Berlinin siyasi təsiri də güclənəcək.

“Fransanın mövqeyi qeyri-müəyyəndir və Almaniyanın bu cür qətiyyətlə əlavə müdafiə xərcləri üzrə öhdəliyi bizi marginal vəziyyətə salacaq dinamika yaradacaq. Daxili siyasi qeyri-sabitlik Fransanın geosiyasi təsirini sarsıdır”,- Fransadan olan avroparlamentəri Fransua-Ksavye Bellami agentliyə açıqlamasında deyib.

“Alman Marşall Fondu”nun analitik mərkəzinin vitse-prezidenti Klaudiya Mayorun sözlərinə görə, İkinci Dünya müharibəsindən sonra Avropada Fransanın geosiyasi, Almaniyanın isə iqtisadi lider olacağına dair konsensus yaranmışdı.

- Almaniya siyasi nəhəng olmaq istəmirdi. İndi Almaniya hər ikisini edir, eyni zamanda Avropada yeni nüfuzunu möhkəmləndirməyə çalışır. Bu, Fransanı çətin vəziyyətdə qoyur. Onların narahatlığı Almaniyadan daha çox Fransa ilə bağlıdır”, - ekspert vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
19
1
azvision.az

2Mənbələr