AZ

Çindən ABŞ-a gözdağı: F-35 qırıcılarına rəqib J-35 qırıcısı 

Çin ABŞ-ın F-35 qırıcı təyyarəsinə rəqib olaraq hazırladığı beşinci nəsil gizli döyüş təyyarəsi olan J-35-in kütləvi istehsal prosesinə başlayıb.

Ölkə.az xəbər verir ki, Çinin Liaoning əyalətindəki müəssisələrdən çəkilmiş son görüntülərdə uçuş-enmə zolağında yeni istehsal mərhələsini simvolizə edən yaşıl astar örtüyü ilə bəzədilmiş və ilin ilk uçuşlarını həyata keçirən bir neçə təyyarə görünür.
Pekin hökuməti təyyarənin istehsalçısı olan “Shenyang Aircraft Corporation” şirkətinə məxsus obyektlərə təxminən 1,2 milyard dollarlıq böyük investisiya qoyub və əsas yığım xəttini ötən ilin iyun ayında tamamlayıb.

Çinin yeni flaqman J-35 təyyarəsinin kütləvi istehsalı davam etdikcə, təyyarənin əməliyyat imkanları ilə bağlı texniki məlumatlar paylaşılıb. Bir nəfərlik heyətə malik bu beşinci nəsil qırıcı təyyarənin uzunluğu 17,5 metr, qanadlarının uzunluğu isə 13,5 metr olan kompakt gövdə quruluşu var.

 Mürtəza

Seçilən
88
1
olke.az

2Mənbələr