Bakıda "Şəhidlər Xiyabanı"nda 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı hazırlıq işləri başlayıb...
Poliqon xəbər verir ki, ənənəvi olaraq faciənin ildönümü ilə bağlı burada Hüzn günü ilə bağlı hazırlıq işləri aparılır, müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılır.
Ənənəvi olaraq Bakı Şəhər İcra Hakimiyyətinin qurumları Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görür.
Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, SSRİ rəhbərliyi 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başlayıb. Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilən hərbi təcavüz nəticəsində Bakıda dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb.
Poliqon.info