AZ

Pezeşkiandan aksiya iştirakçılarına: Möhtəşəm hadisədir!

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Yanvarın 12-də Tehranda keçirilən kütləvi mitinq İranın düşmənlərinin planlarını pozdu və ölkənin ərazi bütövlüyünü qorumaq əzmini nümayiş etdirdi”.

Globalinfo.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian ötən gün Tehranda hazırkı hökumətin tərəfdarlarının keçirdiyi aksiya haqda danışarkən deyib.

“İran xalqı düşmənlərinin bədniyyətli planlarına sarsıdıcı cavab verdi. Bu, hiyləgər muzdlu qüvvələrə arxalanan amerikalı siyasətçilər üçün xəbərdarlıq olacaq. Miqyasına görə misilsiz olan bu aksiya inqilabi nailiyyətləri və dini dəyərləri qorumağa hazır olan vətəndaşların ayıqlığını və məsuliyyət hissini təsdiqlədi.

İnqilab meydanında keçirilən hökumətyönlü mitinqin iştirakçılarına təşəkkür edirəm. Bu möhtəşəm hadisə bütün ixtilaf və incikliklərə son qoydu. İranlılar milli maraqları və birliyi qorumaq üçün birləşdilər”, – deyə o bildirib.

Safura Bənnayeva

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
globalinfo.az

1Mənbələr