AZ

Mədənçilər üçbucaqlı UFO AŞKARLAYIBLAR

Ajans.az Daily Mail-ə istinadən xəbər verir ki, işçilər Solomon mədəninin yaxınlığında səmada sirli bir obyekt görüb və bunu telefonlarına lentə alıblar. Hadisə zamanı işçilər laboratoriyadan avtobusa gedirdilər. Səhər səmasında qəribə bir obyekt görən mədənçilər əvvəlcə bunun bulud olduğunu düşünsələr də, daha sonra obyektin üçbucaqlı UFO-ya bənzədiyini bildiriblər. Şahidlərdən biri deyib: “Bu, real ola bilməz”. Arxa oturacaqdakı sərnişinlər də obyekti görüb və mübahisə yaranıb. Bir nəfər bunun tibbi təxliyə vertolyotu olduğunu iddia etsə də, digərləri obyektin formasının uyğun gəlmədiyini qeyd edərək razılaşmayıblar. Hadisəni görən mədənçilərdən biri UFO-nun şəklini mobil telefonuna çəkib və həmkarlarına göstərib. Hələlik hadisə ilə bağlı şirkət və səlahiyyətli orqanlar tərəfindən rəsmi açıqlama verilməyib. Начало формы Конец формы

 

Seçilən
42
Ajans.az

1Mənbələr