AZ

“Şamaxı”nın hücumçusu Davud Mənsumov karyerasını ölkə xaricində davam etdirə bilər

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Şamaxı” klubunun hücumçusu Davud Mənsumov karyerasını ölkə xaricində davam etdirə bilər.

İdman.Biz xəbər verir ki, gənc futbolçuya Latviyanın nüfuzlu klublarından biri maraq göstərir.

Hazırda U-21 millimizin üzvü ilə Avropa təmsilçisi arasında aktiv danışıqlar aparılır. D.Mənsumov müqavilə ilə “Qarabağ” klubuna məxsusdur. O, ötən mövsüm sınaq oyunlarında Ağdam təmsilçisinin əsas heyətində debüt edib və 2 görüşdə 2 qol vurub.

“Şamaxı” isə gənc hücumçunu 2025-ci ilin yayından etibarən icarə əsasında heyətinə qatıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
1
icma.az

2Mənbələr