Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.
Qrenlandiya təkcə ABŞ üçün deyil, bütün Qərb dünyası üçün strateji əhəmiyyət daşıyır.Bizim.Media xəbər verir ki, bu fikri ABŞ prezidentinin oğlu, sahibkar Erik Tramp Al Arabiya telekanalına müsahibəsində səsləndirib.“Qrenlandiya bir çox səbəblərə görə, o cümlədən təhlükəsizlik baxımından, yalnız ABŞ üçün deyil, demək olar ki, bütün Qərb dünyası üçün strateji əhəmiyyətə malikdir…”, – deyə o bildirib.Hər hansı konkret tərəfi və ya ölkəni adlandırmadan Erik Tramp vurğulayıb ki, Qrenlandiyada və onun ətrafında yerləşən regionu hərbiləşdirmək istəyənlərin sayı getdikcə artır.“Biz uşaq kimi davrana, sadəlövh ola bilmərik. Bunun baş vermədiyini iddia edə bilmərik”, – deyə o qeyd edib.Erik Tramp əlavə edib ki, atası zərurət yaranarsa, Amerika, eyni zamanda Qərb və Avropa həyat tərzinin maraqlarını paylaşmayan qüvvələrdən qorunması və təhlükəsizliyinin təmin olunması üçün lazım olan hər şeyi edəcək.Bizim.Media
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.