AZ

NATO şəbəkə planlaşdırma proqram təminatı üçün HAVELSAN-ı seçdi

Türkiyənin HAVELSAN şirkəti NATO-nun müasir komanda-idarəetmə və rabitə (C3) arxitekturasında mühüm rol oynayan Taktiki Məlumat Linki İdarəetmə Mərkəzi Şəbəkə Planlaşdırma Proqram Təminatının tədarükü üçün seçilib.

“Poliqon” HAVELSAN-a istinadən xəbər verir ki, bu inkişaf şirkətin yüksək səviyyəli proqram təminatı və sistem mühəndisliyi bacarıqlarının beynəlxalq müdafiə ekosistemində bir daha təsdiqlənməsi baxımından mühüm addım hesab olunur.

NATO inventarında istifadə olunacaq sözügedən proqram təminatı hava, quru və dəniz qüvvələri arasında taktiki məlumat linkləri vasitəsilə təhlükəsiz, fasiləsiz və eyni vaxtda məlumat mübadiləsini mümkün etməklə birgə əməliyyatların effektivliyini artırmağı hədəfləyir.

Taktiki Məlumat Linki İdarəetmə Mərkəzi çərçivəsində hazırlanmış şəbəkə planlaşdırma imkanları müxtəlif platforma və sistemlərin vahid əməliyyat mənzərəsi üzərindən koordinasiyasını təmin edərək NATO-nun komanda-idarəetmə infrastrukturunun mərkəzində yer alır.

HAVELSAN-ın baş direktoru Mehmet Akif Nacar məsələ ilə bağlı açıqlamasında, bu tədarükün yalnız bir layihə qazanımı olmadığını, eyni zamanda Avropa və NATO coğrafiyasında həyata keçirilməsi planlaşdırılan yeni əməkdaşlıqların da yolunu açdığını bildirib.

O vurğulayıb ki, HAVELSAN-ın milli mühəndislik gücü ilə hazırladığı proqram təminatı həlləri beynəlxalq bazarda artan etimadla seçilir.

Türkiyənin müdafiə sənayesində proqram təminatı yönümlü transformasiyanın əsas təmsilçilərindən biri olan HAVELSAN, komanda-idarəetmə, C4ISR, simulyasiya, kibertəhlükəsizlik və süni intellekt dəstəkli sistemlər sahələrində hazırladığı həllərlə dost və müttəfiq ölkələrin əməliyyat ehtiyaclarını qarşılamağa davam edir.

NATO ilə həyata keçirilən bu əməkdaşlıq, HAVELSAN-ın yüksək texnologiyaya əsaslanan, davamlı və etibarlı həllər istehsal etmə vizyonunun beynəlxalq miqyasda konkret göstəricisi kimi ön plana çıxır.

Seçilən
22
poliqon.az

1Mənbələr