AZ

Aprel şəhidimiz Fəxrəddin Qurbanlının doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fəxrəddin Qurbanlı 1994-cü ilin 13 yanvar günündə Bakı şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o, 2011-ci ildə orta təhsilini başa vuraraq Azərbaycan Universitetinin "Sosial iş" fakültəsinə daxil olub. Ali təhsili başa vurduqdan sonra hərbi xidmətə yollanan Fəxrəddin Qurbanlı 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Fəxrəddin Qurbanlı göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Ruhu şad olsun!

Seçilən
22
qht.az

1Mənbələr