AZ

Kir Starmer İlon Maskı Grok platformasını ələ keçirməklə hədələdi

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"X" platforması inteqrasiya olunduğu süni intellekt çatbotu "Grok"a özü nəzarət etməsə, onun idarəetməni ələ keçirəcəyik".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer bunu rəhbərlik etdiyi hakim Leyboristlər Partiyasının parlament üzvləri ilə görüşdə bəyan edib.

"Əgər "X" "Grok"u idarə edə bilmirsə, tez bir zamanda onu biz idarə edəcəyik. Zərər və zorakılıqdan qazanc əldə etsəniz, özünüzü tənzimləmək hüququnuzu itirirsiniz", - deyə Starmer bildirib:

"Aydın şəkildə deyim: biz buna dözməyəcəyik, çünki dünya nə qədər qeyri-sabit və ya mürəkkəb olsa da, bu hökumət öz dəyərlərinə əsaslanacaq. Biz güclülərin qarşısında həssasları qoruyacağıq".

Baş nazir bu açıqlamanı 12 yanvarda, Britaniya media tənzimləyicisi "Ofcom"un "Grok" tərəfindən yaradılan görüntülərə görə "X"ə qarşı araşdırma başlatdığı gün verib. Çatbot "X"ə də sahib olan Elon Maskın "xAI" şirkəti tərəfindən hazırlanıb.

Daha sonra elm, innovasiya və texnologiya naziri Liz Kendall, Böyük Britaniyanın intim şəkillərin razılıq olmadan yaradılmasını cinayət hesab edəcəyini açıqlayıb. Bu cür tətbiqlərin yaradıcılarına da şamil ediləcək qanunvericiliyin bu həftə qüvvəyə minməsi planlaşdırılır.

Londonun iddialarına cavab olaraq, Mask, ölkədə onlayn şərhlərə görə çoxsaylı həbsləri önə çəkərək, Böyük Britaniya hökumətini "faşist" adlandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
oxu.az

3Mənbələr