ain.az bildirir, Fanat portalına istinadən.
Rusiyalı məşqçi Aleksey Berezutski iş yerindən ayrılıb.
Fanat.Az xəbər verir ki, o, ÇSKA-nın məşqçilər korpusunu tərk edib.
Moskva klubunun mətbuat xidməti bunun ailə vəziyyəti ilə əlaqədar olduğunu bildirən açıqlama yayıb. "Hərbçilər"in məşqçilər heyətində daha bir neçə dəyişiklik olub. Qabriele Baqattini və Paolo Favaretto komandaya qoşulublar və onlar Abu Dabidə keçiriləcək ilk təlim-məşq toplanışında komanda ilə birlikdə çalışacaqlar. 39 yaşlı Baqattini fitnes məşqçisidir. O, əvvəllər İsveçrə klublarında və İsveçrənin 19 yaşadək futbolçulardan ibarət milli komandasında çalışıb. 58 yaşlı Favaretto isə baş məşqçi Fabio Çelestininin əsas köməkçisi olacaq. Onun son komandası İtaliyanın "Sampdoriya" klubu olub.
Hazırda ÇSKA Rusiya çempionatının turnir cədvəlində 36 xalla dördüncü yerdədir.
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.