GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ermənistan hakimiyyəti yaxın vaxtlarda Türkiyə ilə sərhəddə yerləşən Axurik zastavasının keçid məntəqəsindən Rusiya sərhədçilərini çıxarmağı planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “News.am” məlumat yayıb.
Bildirilib ki, burada artıq bayraq dirəyi də quraşdırılıb:
“Hazırda Türkiyə istiqamətində dəmir yolu xəttinin vəziyyəti qiymətləndirilir.
Digər mənbələrin məlumatına görə, Türkiyə tərəfi artıq Marqara keçid məntəqəsi ərazisində tikinti işlərinə başlayıb. Türkiyə tərəfindən tikintinin başlaması, həmçinin Axurikin zastavasının prosesə cəlb olunacağı ehtimalı sərhədin yaxın gələcəkdə açılması planlarından xəbər verir”.
Safura Bənnayeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.