AZ

Şahbuzda üç saat işıq olmayacaq

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu gün Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz rayonunda elektrik enerjisinin verilişində fasilə olacaq.

Milli.Az xəbər verir ki, yanvarın 13-də Şahbuz rayonunda "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən təmir-bərpa işləri aparılacaq.

Təmir işləri Şahbuz rayonunda yerləşən /35/10 kV-luq yarımstansiyadan qidalanan 10 kilovoltluq "Qəsəbə 7" və "Qəsəbə 1" hava elektrik verilişi xətlərində həyata keçiriləcək.

Bu səbəbdən, saat 13:00 dan 16:00-dək Şahbuz şəhərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
16
news.milli.az

10Mənbələr