ain.az, 525.az portalına istinadən məlumat yayır.
“Qanunla tənzimlənməyən lobbiçilik öz-özünə yox olmur. O, sadəcə kölgəyə çəkilir. Kölgədə qalan təsir mexanizmləri isə ictimai nəzarətdən kənarda qalır,şəxsi əlaqələr üzərindən işləyir,korrupsiyanın institusional formasına çevrilir”.
Bunu 525.az-a Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev söyləyib. O vurğulayıb ki, bu halda problem artıq ayrı-ayrı şəxslərin davranışı deyil, dövlət qərarlarının keyfiyyəti məsələsinə çevrilir. Məhz bu səbəbdən korrupsiya ilə mübarizə yalnız cəza tədbirləri ilə deyil, təsir mexanizmlərinin şəffaflaşdırılması ilə aparılmalıdır: «Beləliklə, alternativ yoxdur. Reallıq sadədir və alternativsizdir.Lobbiçilik ya qanuniləşdirilərək açıq, şəffaf və cavabdeh mexanizmə çevrilir,ya da kölgədə qalaraq korrupsiyanın adını dəyişmiş forması olur.Üçüncü yol mövcud deyil.Əgər dövlət qərarlarına təsir göstərən maraqlar açıqlanmırsa,əgər arqument yox, əlaqə əsas rol oynayırsa, əgər proses ictimai müzakirədən kənarda baş verirsə, orada lobbiçilikdən danışmaq sadəlövhlükdür. Orada adı ilə çağırılmalı olan bir anlayış var - institusional korrupsiya”.
Sevinc Qarayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.