AZ

“Zirə”nin Rumıniya komandasına vurduğu qollar - VİDEO

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Zirə” ilk yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Antalya şəhərində Rumıniyadan “Çiksereda” ilə qarşılaşan Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv rəqibi ilə 3:3 hesablı heç-heçəyə razılaşıb.

Azərbaycan təmsilçisinin qollarını Namik Ələskərov (10) və Rövlan Muradov (17,45 – hər ikisi penalti) vurublar.

“Qartallar” yanvarın 16-da Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.

Seçilən
9
1
sportinfo.az

10Mənbələr