
Ermənistan hakimiyyəti yaxın vaxtlarda Türkiyə ilə sərhəddə yerləşən Axurik zastavasının keçid məntəqəsindən Rusiya sərhədçilərini çıxarmağı planlaşdırır.
Missiya.Az xəbər verir ki, bu barədə “NEWS.am” diplomatik mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Axurik keçid məntəqəsinin təhvil verilməsi barədə qərar artıq verilib və hətta bayraq dirəyi də quraşdırılıb. Lakin Rusiya sərhədçiləri keçid məntəqəsində qalacaqlar.
Bildirilib ki, hazırda Türkiyəyə gedən dəmir yolunun vəziyyəti qiymətləndirilir.
Qeyd olunub ki, Türkiyə tərəfi artıq Marqara keçid məntəqəsi hissəsində tikinti işlərinə başlayıb. Beləliklə, bir tərəfdən Türkiyə tərəfinin tikinti işlərinə başlaması, digər tərəfdən isə guya Axurikin istifadəyə verilməsi yaxın gələcəkdə sərhədi açmaq niyyətinin ciddiliyini göstərir.
Daşqın HəsənovMissiya.Az