ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran İnsan Haqları Fəalları (HRANA) etiraz aksiyaları zamanı həyatını itirənlərin sayının 646-ya çatdığını bildirib.
"Cebheinfo.az" xəbər verir ki, ABŞ mərkəzli HRANA-ya məxsus internet saytında yayımlanan hesabatda ölkədə 16 gündür davam edən etirazlarla bağlı məlumat verilib.
Hesabata görə, bu müddət ərzində İranın 31 vilayətinə yayılan etirazlar zamanı 9-u 18 yaşından kiçik olmaqla 505 etirazçı, təhlükəsizlik qüvvələrinə mənsub 133 nəfər və 1 prokuror həlak olub. Bundan əlavə, aksiyalar zamanı müxtəlif səbəblərdən hadisə yerində olan 7 nəfər də həyatını itirib.
Ölkədə etirazlarla əlaqədar ölənlərin sayı 646-ya yüksələrkən, 10 min 721 nəfər saxlanılıb.
Digər tərəfdən, Norveç mərkəzli İran İnsan Haqları Təşkilatı (IHR) təhlükəsizlik qüvvələrinə aid itkilərin sayını açıqlamadan, 9-u 18 yaşından kiçik olmaqla 648 etirazçının həyatını itirdiyini bildirib.
Davam edən etirazlarda minlərlə insanın yaralandığı vurğulanır. Hesabatda yaralanmaların əsasən saçma və plastik güllələrin dəyməsi nəticəsində baş verdiyi qeyd olunub.
İran rəsmiləri isə etirazlar zamanı ölən və ya yaralananlarla bağlı rəsmi açıqlama verməyiblər.
HRANA aksiyaların 15-ci gününə dair hesabatında ölənlərin sayının 538-ə, saxlanılanların sayının isə 10 min 600-ə yüksəldiyini açıqlamışdı.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.