AZ

Minnesota ABŞ hökumətini məhkəməyə verir

ain.az bildirir, Bizimyol portalına istinadən.

Minnesota ştatının baş prokuroru Kit Ellison bildirib ki, Minnesota ştatının hakimiyyət orqanları İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşlarının ştatda yerləşdirilməsi ilə bağlı federal hökumətə qarşı iddia qaldırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə NBC baş prokurorluğa istinadən məlumat verib.

"Bu yerləşmə dayandırılmalıdır", - deyə prokuror bildirib.

Ellison bu qüvvələrinin ştatda mövcudluğunu "konstitusiya və federal qanunun pozulması" adlandırıb. O, iddianın Minnesota Rayon Məhkəməsində qaldırıldığını bildirib. İddiaçılar Minneapolis və Sent-Pol şəhərləri, cavabdehlər isə ABŞ Daxili Təhlükəsizlik Departamenti və ICE-dir.

Daha əvvəl "The Minnesota Star Tribune" qəzeti Minneapolis polisinin ICE-nin hərəkətlərinə qarşı etirazlar zamanı bir zabitin yerli qadını güllələyərək öldürməsindən sonra 30 nəfəri saxladığını bildirmişdi. Etirazlar zamanı bir zabit yaralanıb.

7 yanvarda Minneapolisdə sənədsiz immiqrantların axtarışı zamanı atışma baş verib. ICE əməkdaşları bir qadından avtomobilində yolun ortasında dayanmasını və avtomobilindən çıxmasını tələb ediblər. Maşın irəliləməyə başlayanda zabitlərdən biri sürücüyə atəş açıb. Qadın aldığı xəsarətlərdən ölüb. Mer Ceykob Frey ICE zabitlərinin hərəkətlərinin ehtiyatsızlıq olduğunu bildirib və agentliyin şəhəri tərk etməsini tələb edib. Minnesota qubernatoru hadisə ilə bağlı "tam, ədalətli və təcili araşdırma" aparacağına söz verib.

Öz növbəsində, ABŞ Daxili İşlər Naziri Kristi Noem ICE-nin şəhərdəki əməliyyatlarını davam etdirəcəyini bildirib. Noem qadını vuran ICE zabitinin özünümüdafiə məqsədilə və təlimatlara uyğun hərəkət etdiyinə əmin olduğunu deyib. ABŞ Prezidenti Donald Tramp da oxşar fikir bildirib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
icma.az

1Mənbələr