Bakı. Trend:
Yeniyetməlik dövrünün əsas cəhətlərindən biri də müstəqilliyəcan atmalardır.
Trend xəbərverir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”efirində klinik uşaq psixoloqu Elnarə Baxışlı açıqlayıb.
Onun sözlərinə görə, bu müstəqillik anlayışı onlar üçünsubyektivdir:
“Müstəqil olmaq valideynlərin nəzarət və qadağalarından azadolmaqdır, böyüklərin həyat tərzinə can atmaqdır: pul qazanmaq,istədiklərini ala bilmək, maşın sürmək, evə gec gəlmək və s. Məhrumolduğunu düşündüyü həyat tərzini yaşamaq istəyidir: içki içmək,siqaret çəkmək, dostları ilə bütün gecə şəhərdə gəzmək və s.Problemli ailələrdə müstəqilliyə can atmanın ən əsas səbəbləri pulqazanmaqla ailədən uzaqlaşa bilmək istəyidir. Həmçinin sevdiyişəxslə sərbəst görüşmək istəyi ola bilər. Universitetə daxil olmaqhəvəsi çox zaman bu istəklərin gizli forması olur”.
Klinik uşaq psixoloqu qeyd edib ki, valideynlər bu yaş dövründəazadlığın bir məsuliyyət olduğunu təlqin etməlidirlər:
“Məsuliyyət, cavabdehlik, intizam uşaqlarda tədricən şəxsinümunə əsasında və həyat təcrübəsi ilə formalaşmalıdır. Bunu ilk8-9 yaşlarında özünəqulluq bacarıqları əsasında alışdırmaqlazımdır. Uşağın gücü yetdiyi kiçik, zamam alacaq ev işlərinə cəlbedilməsi vacibdir. Uşaq böyüdükcə bu zaman müddəti və işin gücüartırıla bilər. Həmçinin, özü ilə bağlı öhdəlikləri: çantasınıtoplamaq, ev tapşırıqlarını yerinə yetirmək, kiçik bacı qardaşınakömək etmək və s. Müstəqilliyin özü ilə bağlı qərarların verilməsivacibdir: hansı ixtisası bəyənməlidir, geyim tərzini seçməlidir,otağının mebelin seçə bilməlidir. Dostların seçimində, səhv edəninsanları tənqid edərkən, müəllimləri tərəfindən özü tənqidedilərkən azad və cəsarətli olmağa çalışan yeniyetmə çətinlikləryaşaya bilər”.
E.Baxışlı bildirib ki, valideyn bilməlidir ki, səhv edən övladıacıq vermək, istehza etmək, əzmək və eqolarını üstələmək üçünvasitə deyil:
“Səhv edən övlad valideynin yeni və fərqli variantıdır. Onuqaldırmaq və ona dəstək olmaq lazımdır, ona həyatı tam öyrətməkmümkün deyil. Onu bütün həyat çətinliklərindən azad etmək də mümkündeyil. Amma uşağa hər yıxıldığında təkrar qalxa bilmək bacarığınıöyrətmək olar. Səhvini qəbul etməyi, üzr istəməyi, gərəkirsəbağışlamağı öyrənməlidir. Öz nümunəniz ilə özəlliklə”.