AZ

Cəlilabadda motosiklet ambulansla toqquşub: Xəsarət alanlar var

Cəlilabad, 13 yanvar, İlkin Adıyev, AZƏRTAC

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan motosiklet ambulansla toqquşub. Qəza nəticəsində Şamil Abdalov və Şəmistan Musayev müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Seçilən
56
azertag.az

1Mənbələr