AZ

Keyn Bundesliqada rekord qırdı: 60 illik tarixi göstərici

ain.az xəbər verir, Apasport saytına əsaslanaraq.

İngiltərə millisinin hücumçusu Harri Keyn Bundesliqada növbəti tarixi göstəriciyə imza atıb. “Bavariya”nın forvardı həftəsonu “Volfsburq”a qarşı keçirdiyi oyunda qol vuraraq cari mövsümdə Bundesliqadakı qol sayını 20-yə çatdırıb.

Apasport.az "Goal" portalına istinaadla xəbər verir ki, Bundesliqanın ilk üç mövsümündə ardıcıl olaraq 20 və ya daha çox qol vuran son futbolçu bundan 60 il əvvəl Timo Konietzka olub. Konietzka 1963/1964 mövsümündə 20, 1964/1965 mövsümündə 22, 1965/1966 mövsümündə isə 26 qol vurmuşdu.

Qeyd edək ki, Keyn 2023-cü ilin yayında “Bavariya”ya qoşulub. O, Almaniya klubundakı ilk mövsümündə Bundesliqada 36, növbəti mövsümdə isə 26 qol vurub. Bununla da Keyn Bundesliqada ardıcıl üç mövsümdə ən azı 20 qol vuran futbolçu olub.

Kante “Fənərbaxça”nın radarında

“Real”ın yeni baş məşqçisi bəlli olub - RƏSMİ

Superkubokda məğlub oldu - İSTEFAYA GÖNDƏRİLDİ

“Qarabağ” “Neftçi”yə qalib gəlib

“Portu” baş məşqçisi ilə yeni müqavilə imzalayıb - RƏSMİ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
1
apasport.az

2Mənbələr