Tehranda bazar ertəsi keçirilən kütləvi mitinq İranın düşmənlərinin planlarını pozub və ölkənin ərazi bütövlüyünü qorumaq iradəsini nümayiş etdirib.
Bunu İran Prezidenti Məsud Pezeşkian televiziya müraciətində bildirib.
“İran xalqı düşmənlərin bədniyyətli planlarına sarsıdıcı cavab verib və bu, hiyləgər muzdlu qüvvələrə arxalanan amerikalı siyasətçilər üçün xəbərdarlıq olmalıdır”, - Prezident deyib.
Pezeşkian qeyd edib ki, miqyasına görə misilsiz olan aksiya vətəndaşların ayıq-sayıqlığını və inqilabi nailiyyətlər, eləcə də dini dəyərləri müdafiə etməyə hazır olduqlarını təsdiqləyib.
Prezident mərkəzi Tehranın İnqilab meydanında keçirilən hökumətyönlü mitinqin iştirakçılarına təşəkkür edib.
Apa