Bakı. Trend:
Müasirliyə, fərqliliyə can atmaq, diqqət mərkəzində və yaxud tamzidd olaraq görünməz olmaq, tənqid edilməmək yeniyetməni davamlınarahat edən düşüncələrdən biridir.
Trend xəbərverir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”efirində klinik uşaq psixoloqu Elnarə Baxışlı açıqlayıb.
Onun sözlərinə görə, valideynlər öz həyat təcrübəsinəəsaslanaraq nəticə çıxara da bilər, yaxud da psixoloji, pedaqojikitablar oxuyaraq vəziyyətdən çıxmağa çalışa bilərlər:
“Hər iki halda səhvlərin olması ehtimalı qaçılmazdır. Hər kəsilk dəfə bu dönəmi yaşamalı olur, hətta bu ikinci, üçüncü uşaq olsabelə. Çünki xarakterlər, təcrübələr və qorxular fərqlidir.Yeniyetmələr həyatı tanımağa, öz yerini tapmağa çalışan və özvacibliyini hiss etmək istəyən şəxslərdir. Bu yolda onlar həmcazibəli, həm də narahatlıq hiss etdirən ətraf aləmlə qarşı-qarşıyagəlirlər. Valideynlər də bu ətraf aləmin bir hissəsidirlər. Buhalda yeniyetmələr üçün həm maraqlı, həm də maraqsız ola bilərlər.Uşaqları tərəfindən tənqid oluna bilərlər. Valideyn üçün də birsəbəbdir ki, balaca uşaq valideyni obrazından bir yeniyetməvalideyn obrazına keçsin”.
Klinik uşaq psixoloqu qeyd edib ki, müasir dövrdə aktual olan,yeniyetməni emosional, intelektual və davranışsal olaraq cəlb edəbiləcək bütün yeniliklərlə maraqlanmalıdırlar:
“Yeniyetmələrin tənqid bacarığı sözsüz ki, kəskin, real, haqsız vəya təhqir kimi səslənə də bilər. Bu halda valideynin əsas işi özdaxili zəifliklərini və aqressiyasını üzə vurmamaq bacarığınıinkişaf etdirməkdir. Uşaqlarda hormonlar dəyişir, inkişaf edir.İdrakı fəaliyyət zəifləyir, emosional inkişaf və formolaşmasürətlənir. Köhnə duyğu və bacarıqlar yetərsiz olur. Bunlardan azadolmaq üçün bu duyğu və bacarıqları aşılayan və ya hiss etdirənobyeklərdən də uzaqlaşmağa məcburdur. Valideynlər də bu siyahıdabirincidir. Valideyn qorxu və güc obrazından əlavə həmçininyeniyetmənin ya oxşamaq istədiyi, olmaq istədiyi biri olur, yaaşmaq istədiyi, üstələmək istədiyi, bəyənmədiyi bir obraz olur. Buvalideyn üçün hakimiyyəti itirmək, tərbiyəni pozmaq kimi görünəbilər və sözsüz ki, aqressiya da burdan gələ bilər. Əvvəlki sözəbaxan uşaq gedib, yerinə onu tənqid edən hər hansı yetişkini,blogeri və hətta yaşıdını düzgün nümunə kimi sizə qarşı qoya bilər.Siz buna hazır olmaq üçün öz səhvlərini görə bilməli və qəbuletməlisiz. Təkcə bir valideyn kimi deyil, elə sadəcə bir sosialobraz kimi də öz üzərinizdə işləməli və tənqidə hazır olmalısız.Diqqətli olmalı və kənarda müşahidəyə üstünlük verməlisiz”
E.Baxışlı bildirib ki, uşağınızla bağlı əldə etdiyiniz xoş olmayanməlumatlara reaksiyanızı idarə etməli, sosial şəbəkələrdə ailəpatformalarında, psixoloqların onlayın çıxışlarında aktiv olub,suallarınızı verə bilərsiz:
“Bundan əlavə oxşar sullar verənləri dinləməlisiz. Uşaqlarınızınyaxın ətrafındakı dostları və yaşıdları ilə, valideynləri bağlıbilikləriniz olmalıdır. Əldə etdiyiniz bilikləri tələsərəkuşağınızla paylaşmamalı, amma tədbirlər görməlisiz. Gərəkirsəpsixoloqun konsultasiyasını fərdi olaraq almalısız. Uşağınıza vəsizə pis nümunə olacaq ailə üzvləri varsa, onların birgə vaxtkeçirtməyinizi məhdudlaşdıra bilərsiz”.